Azərbaycan və Türkiyə elektron dövlət portalları integrasiya ediləcək

Sentyabrın 1-də “Teknofest” çərçivəsində Türkiyənin “e-devlet” portalı ilə Azərbaycanın “e-gov” portalının inteqrasiyasının təqdimatı həyata keçirləcək.

TIME Trend-ə istinadən bildirir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib ki, bu inteqrasiya ilə Azərbaycan vətəndaşı Türkiyəyə gəldikdə ona Azərbaycan dövlətinin verməli olduğu hər hansı bir sənəd tələb olunarsa və ya əksinə, Türkiyə vətəndaşı Azərbaycanda olarkən bir sənəd tələb olunarsa dərhal bu portallardan istifadə edə bilər.

“Bu, çox ciddi bir addmdır. 1 sentyabr tarixində “Teknofest”də bu inteqrasiyanın təqdimatı keçiriləcək”, – deyə Ü.Mehdiyev əlavə edib.

Leave a Reply