Etiket arxivi: #istintaq

Psixiatriya Xəstəxanasının şöbə müdirinin cinayət işinin istintaqı yekunlaşıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri Hüseyn Seyidovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Oxumağa davam et Psixiatriya Xəstəxanasının şöbə müdirinin cinayət işinin istintaqı yekunlaşıb

Təmir işlərinə ayrılmış vəsaitin mənimsənilməsi ilə bağlı istintaq aparılıb

“Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Oxumağa davam et Təmir işlərinə ayrılmış vəsaitin mənimsənilməsi ilə bağlı istintaq aparılıb

DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirilir – nazir müavini istintaqa cəlb edilib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Mədəniyyət Nazirliyində əməliyyat keçirilir.

Oxumağa davam et DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirilir – nazir müavini istintaqa cəlb edilib

Ekosistemə 60 min manat ziyan vuran şəxslər barədə istintaq başlanıb

Vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında növbəti qanunsuz ağackəsmə faktları ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, araşdırmalarla Xaçmaz rayonunda dövlət mülkiyyətində olan torpaq sahəsində, Lənkəran şəhərində xüsusi mülkiyyətdə olan torpaq sahəsində, İsmayıllı rayonu, Təzəkənd bələdiyyəsinə məxsus torpaq sahəsində meşə fonduna daxil olmayan və Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz rayonu ərazisində yerləşən Daşağıl meşəbəyliyinin 8 saylı dolayında meşə fonduna daxil olan müxtəlif cinsli və diametrli ümumilikdə 280-dən çox ağacın qanunsuz kəsilməsi nəticəsində ekosistemə 60 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib. 
  Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.1, 259.2.3 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Arvadını döyüb, qızını balkondan atmaqda şübhəli bilinən şəxsin işi üzrə istintaq davam edir

Bakı şəhər sakininin azyaşlı qızının ölümü ilə bağlı bəzi media və sosial şəbəkə səhifələrində səsləndirdiyi fikirlər ilə bağlı Baş Prokurorluq tərəfindən münasibət bildirilib.

Oxumağa davam et Arvadını döyüb, qızını balkondan atmaqda şübhəli bilinən şəxsin işi üzrə istintaq davam edir

“Qardaşlar” marketdə qətl ilə bağlı istintaq tamamlanıb

14 mart 2022-ci il tarixdə saat 23 radələrində Binəqədi rayonu, İsrafil Həşimov küçəsində yerləşən “Qardaşlar” marketin içərisində 1984-cü il təvəllüdlü Yusifov Zaur Əli oğlunun odlu silahdan atəş edilərək qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Oxumağa davam et “Qardaşlar” marketdə qətl ilə bağlı istintaq tamamlanıb

“BTB leasing”-in vəzifəli şəxsinin cinayət işinin istintaqı tamamlanıb

 “BTB leasing” ASC-nin vəzifəli şəxsinin qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində tamamlanıb.

Oxumağa davam et “BTB leasing”-in vəzifəli şəxsinin cinayət işinin istintaqı tamamlanıb

Eyni mənzili bir neçə şəxsə satan “Sahil-S İnşaat”-ın işinin istintaqı davam edir – VİDEO

Baş Prokurorluq  “Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsləri barədə başlamış cinayət işinin istintaqı davam edir.

Oxumağa davam et Eyni mənzili bir neçə şəxsə satan “Sahil-S İnşaat”-ın işinin istintaqı davam edir – VİDEO

Azərbaycan generalının minaya düşməsi faktı ilə bağlı istintaq davam edir

Baş Prokurorluq general-mayor Hikmət Həsənovun minaya düşməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqını davam etdirir.

Oxumağa davam et Azərbaycan generalının minaya düşməsi faktı ilə bağlı istintaq davam edir