Mənşəyi məlum olmayan 200 kq ət aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində DİN-nin əməkdaşları ilə birgə mənşəyi məlum olmayan əti Qaradağ rayonunda avtonəqliyyat vasitəsinə keçirilən baxış zamanı aşkar edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət Yol Polisi Postunda fiziki şəxs Niyazov Sultan Niyaz oğluna məxsus 90-DX-120 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə keçirilən baxış zamanı baytarlıq-sanitariya ekspertizasından keçirilməyən və mənşəyi məlum olmayan ümumi çəkisi 200 kq ət aşkarlanıb.

Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Leave a ReplyCancel reply