DİN-dən vətəndaşlara insan alveri ilə bağlı xəbərdarlıq!

Daxili İşlər Nazirliyi rəsmi Facebook səhifəsində vətəndaşlara insan alveri ilə bağlı xəbərdarlıq edərək diqqətli olmağa çağırıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, nazirlik xaricdə təhsil, iş və ya ailə qurmaq təklifi qəldiyi halda hansı məqamlara diqqət yetirmək lazım olduğunu açıqlayıb.

“Yadda saxlayın! Vətəndaşlığından asılı olmayaraq fiziki şəxslərin, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş və xüsusi icazəsi (lisenziya) olmayan yerli və ya xarici təşkilatın Azərbaycan vətəndaşlarını ölkədən kənarda işlə təmin etmək hüququ yoxdur. Əgər Sizə xaricdə iş, təhsil və ya ailə qurmaq üçün təkliflər edilirsə, bu, mütləq hər hansı rəsmi müqavilə əsasında yerinə yetirilməlidir. Müqavilə mütləq ana dilində, sizin aydın başa düşəcəyiniz şəkildə yazılmalı və xaricdə görəcəyiniz iş haqqında ətraflı məlumatı özündə əks etdirməlidir. Müqavilənin şərtləri ilə bağlı hüquqşünas məsləhəti almağınız məqsəduyğundur. Hər-hansı firma adından Sizə xarici ölkələrdən birində iş təklif edən şəxsin adını, soyadını öyrənin. Ondan təmsil etdiyi firmanın ona verdiyi vəsiqə, etibarnamə və müqavilə ilə maraqlanın. Belə sənədlər, adətən, firmanı təmsil edən şəxsin adına verilir və orada həmin şəxsin məhz xarici ölkələrə işçi toplaması haqqında bənd göstərilir. Getdiyiniz ölkədəki Azərbaycan səfirliyinin və ya konsulluğunun telefon nömrələrini öyrənin”, – deyə xəbərdarlıq da qeyd edilib.

Leave a Reply Cancel reply