Mərkəzi Lahmacunun çiy dönərində nöqsanlar aşkar edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən  Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 61A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hilalov Sərvər Sərdar oğluna məxsus “Mərkəz Lahmacun” restoranında yoxlama keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, temperatur rejiminə və saxlanma şəraitinə əməl olunmadığı aşkar olunub. Eyni zamanda, işçilərin dövri tibbi müayinədən keçirilməsinə dair sənədlər yoxlamaya təqdim edilməyib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb, məhdudlaşdırıcı (çiy dönər istehsalının dayandırılması) qərar qəbul edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Leave a ReplyCancel reply