“Azərbaycanfilm” yaxın zamanda yeni “Titrəmə” filminin treylerini təqdim edəcək

“Azərbaycanfilm” kinostudiyası yeni istehsal etdiyi “Titrəmə” filminin treylerini yaxın zamanda təqdim edəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, gənc azərbaycanlı rejissor Amil Məmibəylinin “Titrəmə” adlı qısametrajlı dramı, müharibə janrında çıkilib.

Yeni çəkilmiş filmdə bir ayağını itirən əsgərin dramı göstərilir. Tibb məntəqəsində hərbi həkimdən müalicə alan əsgər davamlı titrəyir. Həkim bütün mövcud olan müalicə vasitələrindən istifadə edir, lakin əsgərin titrəməsi dayanmır. Qar yağanda isə əsgərin vəziyyəti daha da pisləşir. Daha sonra həkim əsgərin titrəməsinin psixoloji sarsıntı nəticəsində əmələ gəldiyini və xəstəliyinin səbəbinin məhz bu olduğunu başa düşür. Bir gün əsgər yardım məntəqəsindən qaçmağa çalışır və artıq bundan sonra onun titrəməsinin sirri üzə çıxır.

Leave a ReplyCancel reply