Allergik reaksiyası olan şəxslərə vaksin vurulmayacaq

Azərbaycanda son məlumata əsasən yeni koronavirus (COVID-19) infeksiyasına qarşı  11,295 nəfər vaksinasiya olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Birinci doza vaksin vurulduqdan sonra peyvəndə qarşı allergik reaksiyası olan şəxslərə vaksin vurmaq olmaz.

O bildirib ki, bundan başqa, xroniki xəstəliyi kəskinləşən vaxt həmin şəxs peyvənd vurdurmamalıdır: “Koronavirusa qarşı peyvəndlərin hər birinin təsirləri müxtəlif ola bilər. Xəstəlik normalaşandan sonra vaksin vurdurmaq olar. Onkoloji xəstələr də aktiv müalicə zamanı vaksin vurdura bilməz. 500 minə yaxın insan vaksinasiyadan keçib, amma elə bir ağırlaşma halları olmayıb. Bununla bağlı Səhiyyə Nazirliyinə müraciətlər edilməyib”.

Ekspert onuda qeyd edib ki, vətəndaş ikinci dozanı vurdurmarsa, birinici dozanın əhəmiyyəti itəcək.

“İmmunitetin effektli olması üçün vətəndaş hər iki dozanı vurdurmalıdır. İnsan bədənində əhəmiyyətli immunitetin yaranması üçün vaksinin hər iki dozası vurulmalıdır. Yalnız biri vurularsa, bu, əhəmiyyətini itirmiş olacaq”.

T. Eyvazov qeyd edib ki, vətəndaş ikinci dozanı 28 gün ərzində vurdurmalıdır: “Az müddət keçəndən sonra da vurdura bilər, ancaq çox ara verilərsə, o zamanda yenidən birinci doza vurulmalıdır”.

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 462,951 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Leave a ReplyCancel reply