Şagirdlərin elektron yerləşdirilməsi dayandırılır

8 yanvar saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yerləşdirilmə prosesinin dayandırılmasının səbəbi II yarım il üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Portalda mövcud sorğuların tamamlanması  prosesi 13 yanvar saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.

Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Leave a ReplyCancel reply