Azərbaycan Prezidenti Milli ordumuzun nailiyyətlırini və Ermənistanın itkilərini açıqlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

TIME bildirir ki, dövlət başçısının xalqa müraciəti Milli Televiziya kanalı olan Aztv-də yayımlanıb.

Prezident İlham Əliyev müraciətində qeyd edib ki, Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bunlar Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorəzilli, Qışlaq, Qaraçaylı, Əfəndilər, Süleymanlı və Su kəndləridir.

Dövlət başçısı müraciətində düşmənin məhv edilən və ələ keçirilən texnikanın sayını açıqlayıb.

Belə ki, sentyabrın 27-dən ordumuz ermənilərdən 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskovator, 27 iqla kompleksi, 1 ZİL maşını, 9 QAZ maşınını ələ keçirib.

Ermənistanın silahlı qüvvələrinin itkiləri haqda bəhs edərək Azərbaycan Prezidenti bildirib ki, ümumilikdə 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, 1 “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu – onlardan 8-i “Akasiya”, 2-si “Qvozdika”, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası 2 REM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 S-300 kompleksinin buraxıcı qurğusu, 25 “Osa”, 2 “Kub” zenit raket kompleksi, 4 “Repelent” radio-texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 TOS 1a odsaçan sursatı, 2 radiolokasiya stansiyası, 1 “Kalçuqa” anteni məhv edilib.

Leave a ReplyCancel reply