Gürcüstan sərhədi nə vaxt açılacaq?

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin yanvar – aprel aylarında ölkəmizdən Gürcüstana və İrana gedənərin sayı xeyli azalıb.

TIME Dövlət Turizm Agentliyindən verilən məlumata istinadən bildirir ki, qonşu ölkələrə səfərlərin çoxu quru sərhədlər üzərindən təşkil edilir.

“Hazırda Gürcüstanla və İranla quru sərhədlərimiz COVID-19 virus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində bağlıdır. Bu ölkələrdə evləri və biznesləri olan insanlar istisna olmaqla, Azərbaycan vətəndaşları qeyd edilən iki ölkəyəy səyahət edə bilmirlər. Nazirlər Kabinetinin məsələ ilə bağlı müvafiq sərəncamı dərc edilmədiyinə görə, iyul ayının 1-dək İrana və Gürcüstana səfərlərə məhdudiyyətlər qüvvədədir”, – deyə agentlikdən bildiriblər.

Qeyd edək ki, 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 41,6 faiz, İrana gedənlərin sayı isə 26,5 faiz azalıb.

İrana səfərlərin azalmasının səbəbi quru sərhədlərin bağlı olması ilə yanaşı Xarici İşlər Nazirlyinin xəbərdarlığıda ola bilər.

Xatırladaq ki, mayın əvvəlində Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreyesus pandemiyanın başa çatdığını elan edib.

Leave a Reply