Hindistan vətəndaşı Azərbaycan sərhədini pozmağa cəhd edib

Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılan xarici vətəndaş ölkəmizin Cənub sərhədini pozmağa cəhd edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, may ayının 22-də saat 00:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan Respublikası vətəndaşı 1976-cı il təvəllüdlü Harminder Singh saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan İrana qeyri-qanuni yolla keçmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Leave a Reply