Oktyabrda Zəngilan Beynəlxalq Hava Limanının açılışı olacaq

Oktyabrın ortalarında Zəngilanda Beynəlxalq Hava Limanının açılışı gözlənilir.

TIME Trend-ə istinadən bildirir ki,  bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov deyib.

“Oktyabrın ortalarında Zəngilan hava limanına ilk uçuşların başlanması gözlənilir”, – A.İmanov bildirib.

O əlavə edib ki, açılışda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Leave a Reply