Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Oxumağa davam et Küləyin güclənəcəyi gözlənilirGünlük arxivlər: 29/09/2022
Supermarketlər istehlakçıları aldadmaq üçün yeni üsul icad ediblər
Azərbaycanda supermarketlərdə yeni növ fırıldaqçılıq metodu ortaya çıxıb.
Oxumağa davam et Supermarketlər istehlakçıları aldadmaq üçün yeni üsul icad ediblər“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında əsasnamədə dəyişiklik edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Oxumağa davam et “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında əsasnamədə dəyişiklik edilibOktyabrda Zəngilan Beynəlxalq Hava Limanının açılışı olacaq
Oktyabrın ortalarında Zəngilanda Beynəlxalq Hava Limanının açılışı gözlənilir.
Oxumağa davam et Oktyabrda Zəngilan Beynəlxalq Hava Limanının açılışı olacaqAzərbaycanda istehsal olunan kimya sənayesi məhsulları Pakistana ixrac ediləcək
Pakistanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub.
Oxumağa davam et Azərbaycanda istehsal olunan kimya sənayesi məhsulları Pakistana ixrac ediləcəkAzərbaycan Texnologiya Universitetində respublika elmi-praktik konfrans keçiriləcək
3-4 Noyabr 2022-ci il tarixində Azərbaycan Texnologiya Universitetində Zəfər Gününə həsr olunmuş “Müasir elmin aktual çağırışları və nailiyyətləri” mövzusunda müəllim və gənc tədqiqatçıların respublika elmi-praktik konfransı keçiriləcək.
Oxumağa davam et Azərbaycan Texnologiya Universitetində respublika elmi-praktik konfrans keçiriləcəkВышел трейлер фильма по мотивам суда между Деппом и Херд – ВИДЕО
На Tubi вышел трейлер фильма, снятого по мотивам суда между Джонни Деппом и Эмбер Херд.
Oxumağa davam et Вышел трейлер фильма по мотивам суда между Деппом и Херд – ВИДЕОИран возмутился критикой Франции из-за массовых протестов после смерти девушки
Французского дипломата вызвали в МИД Ирана из-за критики Парижем массовых протестов.
Oxumağa davam et Иран возмутился критикой Франции из-за массовых протестов после смерти девушкиДля ЕС готовят инструкцию по приему уклоняющихся от мобилизации россиян
Еврокомиссия готовит инструкцию для стран ЕС по вопросу принятия на свою территорию уклоняющихся от частичной мобилизации граждан России.
Oxumağa davam et Для ЕС готовят инструкцию по приему уклоняющихся от мобилизации россиян“Vulkana doğru” filminin çəkilişlərindən 45 il keçdi
“Milli Kino Tariximizdən” rubrikasının növbəti filmi ““Vulkana doğru”dur, çəkilişindən 45 il keçdi…
Oxumağa davam et “Vulkana doğru” filminin çəkilişlərindən 45 il keçdiMotosiklet, moped və skuter qəzalarının sayı hər ay artır
Son bir ayda motosiklet, moped və skuter qəzası nəticəsində yaralanan 54 nəfər Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.
Oxumağa davam et Motosiklet, moped və skuter qəzalarının sayı hər ay artırKəmalə Ağazadə: “Adları məktəblərdə gedir, özləri isə Bakıdadır, ərlərdədir, doğuşdadır, patıdadır, barlardadır…”
Azərbaycan Uşaqlar Birliyi,uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin rəhbəri Kamalə Ağazadə adı məktəbdə qeydiyyatda olan ucqar rayonlardan olan qızların zorla ərə verilməsi, evdən qaçıb Bakıda əylənməsi məsələsini gündəmə qətirib.
Oxumağa davam et Kəmalə Ağazadə: “Adları məktəblərdə gedir, özləri isə Bakıdadır, ərlərdədir, doğuşdadır, patıdadır, barlardadır…”Fuad Nağıyev: Bu il ölkəyə qələn xarici ziyarətçilərin sayının 1 milyon 400 mini keçəcəyini proqnozlaşdırırıq
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev 29 sentyabr turizm işçilərinin peşə bayramı günü münasibəti ilə paylaşım edib.
Oxumağa davam et Fuad Nağıyev: Bu il ölkəyə qələn xarici ziyarətçilərin sayının 1 milyon 400 mini keçəcəyini proqnozlaşdırırıqAzərbaycan vergi hesabatlarının beynəlxalq mübadiləsini avtomatlaşdırır
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin başlıca fəaliyyət istiqamətlərindən biri də beynəlxalq təşkilatlar, xarici ölkələrin vergi administrasiyaları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın həyata keçirilməsidir.
Oxumağa davam et Azərbaycan vergi hesabatlarının beynəlxalq mübadiləsini avtomatlaşdırırAzərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edildi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Oxumağa davam et Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edildiPeşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsili alan tələbələr üçün növbəti təqaüd proqramını elan edib
Peşə Təhsili üzrə Dövlət Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında təsdiq olunmuş Fəaliyyət Planına uyğun olaraq peşə təhsili müəssisələrində sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələr üçün növbəti “Təqaüd proqramı” layihəsinin icrasına başlanılır.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, dağ-mədən sahəsində ixtisaslı kadr hazırlığına dəstək məqsədilə təsis edilən təqaüd Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr arasında keçiriləcək müsabiqə əsasında təqdim olunacaq. Müsabiqədə tam orta təhsil bazasından sözügedən peşə təhsil müəssisəsinə qəbul olunan və 2022-2023-cü tədris ili üzrə “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru”, “Mexaniki yığma işləri üzrə çilingər”, “Torna və frezer dəzgahların operatoru”, “Kimyəvi analiz laborantı”, “Çilingər-santexnik”, “Elektrik qaz qaynaqçısı”, “Dağ mədən işləri üzrə mütəxəssis” ixtisasları üzrə təhsil alan tələbələr iştirak edəcəklər.
Münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmə zamanı müvafiq olaraq ən yüksək nəticə göstərəcək 10 namizəd qalib qismində elan olunacaq. Müsabiqəni uğurla keçmiş tələbələr müvafiq təltifnamə və hər tələbə üçün 9 ay müddətində hər ay 200 AZN olmaqla təsis edilmiş təqaüd əldə edəcəklər. Tələbələr, həmçinin “AzerGold” QSC-də istehsalat təcrübəsi keçmək və gələcəkdə karyeralarını dağ-mədən sənayesində qurmaq imkanını da əldə edəcəklər.
Xatırladaq ki, peşə təhsili müəssisələrində sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələr üçün ilk “Təqaüd proqramı” layihəsi ötən il uğurla icra edilib. Həmçinin, proqramı müvəffəqiyyətlə başa vurmuş 17 tələbədən 4 nəfəri “AzerGold” QSC-də işlə təmin edilib.
Qeyd edək ki, “AzerGold” QSC və Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında əməkdaşlığın hüquqi bazasını 19 may 2020-ci il tarixində qurumlar arasında qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı üzrə ehtiyac duyulan peşə təhsilli ixtisaslı kadrların hazırlanması istiqamətində birgə fəaliyyətlə bağlı imzalanmış Anlaşma Memorandumu təşkil edir.
Azərbaycan XİN-i Ermənistanın son bəyanatını şərh edib
28 sentyabr 2022-ci il tarixində Ermənistan Xarici İşlər Nazirliyi guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı əsassız bəyanatı, habelə bu ölkənin baş nazirinin sosial şəbəkə hesabı üzərindən Azərbaycana qarşı saxta ittihamları açıq şəkildə Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək məqsədi güddüyünü göstərir.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən daha öncədən məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub və nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu ağır yaralanıb. Beləliklə də Ermənistan tərəfinin atəşkəsi pozaraq əl atdığı təxribata cavab olaraq Azərbaycan Ordusu adekvat tədbirlər görüb.
“Ermənistan tərəfinin artıq “ənənə” xarakteri almış təxribatlarının növbəti yüksək səviyyəli görüş ərəfəsində məqsədli şəkildə baş verməsi şübhə doğurmur. Xatırladırıq ki, Ermənistan, bu ilin 13 sentyabr tarixində saat 9.00 da əldə edilmiş atəşkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Zirvə görüşü ərəfəsində pozaraq, qəsdən gərginliyi artırmaqla təxribatlarını 36 saat davam etdirdi. İndi də iki dövlət arasında yenidən təmasların baş tutduğu, növbəti görüşlərin planlaşdırıldığı bir vaxtda və bölgəyə beynəlxalq vasitəçilərin səfəri ərəfəsində Ermənistan eyni oyunu oynayır, insanları öz cılız siyasətinin qurbanına çevirir.
Aydındır ki bu, Ermənistanın danışıqlar prosesini pozmaq üçün növbəti bəhanəsidir.
Ermənistan rəhbərliyi bölgədəki vəziyyəti gərginləşdirməməli, danışıqlar prosesinə qeyd-şərtlər irəli sürməməli, beynəlxalq ictimaiyyəti ittiham etmək təcrübəsini dayandırmalı və danışıqlar masasında əyləşməlidir.
Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan, işğaldan azad edilmiş ərazilərimizdə iri miqyaslı bərpa quruculuq və nəqliyyat kommunikasiyalarının açılması üçün sürətlə iş aparan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil. Lakin ölkəmizə qarşı olan hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq”,- XİN-nin rəsmi məlumatında qeyd edilib.
Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin məlumatını təkzib edib
Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır.
TIME bildirir ki, bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi rəsmi Facebook səhifəsində paylaşıb.
“Belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır.
Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb”, – deyə Müdafiə Nazirliyindən bildirilib.
London hava limanında sərnişin təyyarələri toqquşub
Londonun “Hitrou” hava limanında iki sərnişin təyyarəsi toqquşub.
TIME xarici mətbuata istinadən bildirir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
“Fövqəladə hallar xidmətləri hava limanında iki təyyarənin iştirakı ilə insident baş verən yerdə çalışır. Tələfat barədə məlumat yoxdur”, – deyə “Hitrou” nümayəndəsi bildirib.