Ermənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb

Atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Oxumağa davam et Ermənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb

TransXəzər layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb

Astana şəhərində baş tutan “Digital Bridge” beynəlxalq texnoloji forum çərçivəsində Azərbaycanın və Qazaxıstanın aparıcı telekommunikasiya şirkətləri “AzerTelecom” və “Kazakhtelecom” Xəzər dənizinin dibi ilə Fiber-Optik Rabitə Xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalayıblar.

Oxumağa davam et TransXəzər layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb

Azərbaycan Texnologiya Universitetində 27 Sentyabr – Anım Gününə həsr olunmuş rəsm sərgisi keçirilib

Azərbaycan Texnologiya Universitetində 27 Sentyabr – Anım Gününə həsr olunmuş rəsm sərgisi keçirilib. Sərgidə universitetin dizayn ixtisası tələbələrinin əl işləri nümayiş etdirilib.

Oxumağa davam et Azərbaycan Texnologiya Universitetində 27 Sentyabr – Anım Gününə həsr olunmuş rəsm sərgisi keçirilib

Radiotezliklərin istifadəsi sahəsində yeni tarif metodikası tətbiq ediləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) radiotezliklərdən istifadə tariflərini yeni yanaşma və metodika əsasında müəyyən edəcək.

Oxumağa davam et Radiotezliklərin istifadəsi sahəsində yeni tarif metodikası tətbiq ediləcək

“Köhnə çamadanlar” filminin qapalı nümayişində real qəhrəmanlar iştirak ediblər – VİDEO/FOTO

Tanınmış kinoteatrda, Anım Günü ilə əlaqədar, Birinci və İkinci Qarabağ müharibəsini əks etdirən “Köhnə çamadanlar” filminin qapalı nümayişi keçirilib.

Oxumağa davam et “Köhnə çamadanlar” filminin qapalı nümayişində real qəhrəmanlar iştirak ediblər – VİDEO/FOTO

İşğaldan azad olunmuş ərazilərin minalardan tamamilə təmizlənməsi üçün 25 il vaxt lazımdır

2022-2026-cı illəri əhatə edən ilkin mərhələdə azad olunmuş ərazilərə təxminən 66 000 sakinin köçürülməsi planlaşdırılır.

Oxumağa davam et İşğaldan azad olunmuş ərazilərin minalardan tamamilə təmizlənməsi üçün 25 il vaxt lazımdır

Kəlbəcər istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirilib

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi prosesi davam edir.

Oxumağa davam et Kəlbəcər istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirilib

Двуногий робот Кэсси установил мировой рекорд Гиннесса по бегу – ВИДЕО

Безголовый робот-страус удивил своей скоростью. Человек все еще быстрее.

Oxumağa davam et Двуногий робот Кэсси установил мировой рекорд Гиннесса по бегу – ВИДЕО

Экономическая политика Лиз Трасс потерпела фиаско

Международный валютный фонд (МВФ) подверг критике последние меры экономической политики, которые представила ранее новый премьер-министр Великобритании Лиз Трасс.

Oxumağa davam et Экономическая политика Лиз Трасс потерпела фиаско

Meta обнаружила крупную сеть аккаунтов-дезинформаторов из России и Китая

Сеть из РФ была “крупнейшей и самой сложной” в своем роде, которую Meta обнаружила с начала российского вторжения в Украину, а китайская — стала первой, которая была нацелена на политику США перед промежуточными выборами.

Oxumağa davam et Meta обнаружила крупную сеть аккаунтов-дезинформаторов из России и Китая

İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə Şuşada inşa olunan obyektlərdə işlərin gedişi ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada yeni inşa olunan bir sıra obyektlərdə işlərin gedişi ilə tanış olublar.

Oxumağa davam et İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə Şuşada inşa olunan obyektlərdə işlərin gedişi ilə tanış olublar

“Bizim Market” çörəyin çəkisində istehlakçıları aldatdığına görə məhkəməyə verilib

“Bizim Market”də satılan “Bakery” MMC-nin istehsalı olan çörəyin faktiki çəkisinin etiketdə göstərilən çəkidən az olması barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətin’ daxil olmuş vətəndaş müraciəti araşdırılıb və istehlakçının çəkidə aldadıldığı müəyyən edilib.

Oxumağa davam et “Bizim Market” çörəyin çəkisində istehlakçıları aldatdığına görə məhkəməyə verilib

Qanunsuz pul köçürmələrinə qarşı mübarizə gücləndiriləcək

Azərbaycanda qaçaqmalçılıq maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsullan ilə əlli min manatdan yuxarı məbləğdə pul vəsaitlərinin köçülüməsini təşkil etmiş fiziki şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulub.

Oxumağa davam et Qanunsuz pul köçürmələrinə qarşı mübarizə gücləndiriləcək

“Zəfər dastanı” müsabiqəsinə başlanılır

Sentyabrın 28-də Elm və Təhsil Nazirliyinin dəstəyi, “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi” publik hüquqi şəxsin təşkilatçılığı ilə “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilir.

Oxumağa davam et “Zəfər dastanı” müsabiqəsinə başlanılır

Azərbaycanla Gürcüstan regional təhlükəsizlik məsələlərini müzakirə edirlər

Sentyabrın 28-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Gürcüstana rəsmi səfəri başlayıb.

Oxumağa davam et Azərbaycanla Gürcüstan regional təhlükəsizlik məsələlərini müzakirə edirlər

Azərbaycanda GPON və LTE texnologiyalarının tətbiqi ilə rəqəmsal transformasiya layihələri reallaşdırılır

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 26 sentyabr – 14 oktyabr 2022-ci il tarixlərində Rumıniyanın Buxarest şəhərində növbəti Səlahiyyətli Konfransı keçirilir.

Oxumağa davam et Azərbaycanda GPON və LTE texnologiyalarının tətbiqi ilə rəqəmsal transformasiya layihələri reallaşdırılır

Yeni ildən bütün növ pensiyalarda artımlar olacaq


Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli Sərəncamı ilə
qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və s.) pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminə dair təkliflər Milli Məclisdə müzakirəyə çıxarılacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Əmək
pensiyaları haqqında” Qanununa dəyişiklik layihəsinə əsasən 2023-cü ilin yanvarın
1-dən bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi tətbiq ediləcək.

Bu ildən xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10%,
həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların
pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun pensiya məbləğləri orta aylıq
əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdiriləcək.

Misal üçün, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan
pensiyaçının pensiya məbləği yeni ildən 416,7 manat (400+200/12) qəbul edilərək,
üzərinə indeksasiya faizi qədər artım hesablanacaq. Həmçinin xüsusi şərtlərlə
pensiya alan hərbi qulluqçunun cari il ərzində aldığı, misal üçün, 800 manat
pensiya və 10%-lik maddi yardım toplanaraq, 880 manat kimi qəbul ediləcək,
üzərinə indeksasiya faizi qədər artım hesablanacaq.

Vahid indeksasiya mexanizminin tətbiqi xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin
pensiyalarında davamlı artımı şərtləndirəcək. Belə ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyası maksimum 70% artıb. Ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyaları isə bu müddət ərzində indeksasiya nəticəsində 98% artıb.

Pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir. Xüsusi
şərtlərlə pensiyaların da bu metodla artırılması, həm də aidiyyəti qurumların bu sahədə inzibatçılığının yüngülləşdirilməsinə, əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan yaradacaq.
Beləliklə, layihə qəbul ediləndən sonra:

  • qulluq əlavəsi alan şəxslərin pensiyası hazırkı mexanizmlə müqayisədə daha çox artacaq. İndeksasiya bütün pensiya məbləğlərinə – həm qulluq əlavəsinə, həm də sığorta hissəsinə şamil ediləcək;
  • pensiyaların məbləği hər il vahid qaydada – indeksləşdirilərək artırılacaq (qulluq əlavəsi alanların pensiyası təqribən 3-5 il intervalı ilə artırdı);
  • dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərə
  • pensiya təyin edildikdən sonra 6 il işlədikdə və ya işdən çıxdıqda, topladıqları kapitala əsasən pensiyalarının ümumi məbləği yenidən hesablanaraq artırılacaq;
  • pensiyaçılar və onların xidmət keçdiyi qurumların əməkhaqqının artımı ilə bağlıbməlumat təqdim etmək öhdəliyi aradan qalxacaq;
  • bütün pensiyaların indeksləşdirilməsinin tamamilə elektron qaydada aparılması təmin olunacaq.

Bu layihə xüsusi şərtlərlə pensiyaya çıxma şərtlərinə və təyinatına şamil edilmir.