Fuad Nağıyev: Bu il ölkəyə qələn xarici ziyarətçilərin sayının 1 milyon 400 mini keçəcəyini proqnozlaşdırırıq

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev 29 sentyabr turizm işçilərinin peşə bayramı günü münasibəti ilə paylaşım edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, paylaşımda DTA sədri son iki il turizm sənayesində ciddi çətinliklərin yaşandığı dövr kimi yadda qaldığını qeyd edib.

F. Nağıyev onuda qeyd edib ki, regionumuzda geosiyasi vəziyyətin turizmin inkişafı üçün əlverişli olmadığına baxmayaraq, 2022-ci ilin əvvəlindən etibarən turizm sahəsində bərpa prosesi gedir.

“Ölkəmizə bu ilin 8 ayı ərzində bir milyondan çox xarici ziyarətçi gəlib, ilin sonuna qədər biz bu rəqəmlərin 1 milyon 400 mini keçəcəyini proqnozlaşdırırıq. İnanırıq ki, turizm sahəsi tezliklə əvvəlki inkişaf tempini tam bərpa edə biləcək”.

Agentliyin sədri bildirib ki, infrastruktur layihələri ilə yanaşı turizm sahəsinin hüquqi-institusional tənzimlənməsi istiqamətində mühüm addım atılaraq yeni turizm qanunun qəbul edilməsi ölkəmizdə turizmin dayanıqlı inkişafını təmin etmək və beynəlxalq turizm bazarında Azərbaycanın rəqabət qabiliyyətinin artırılması istiqamətində sənaye üçün mayak rolunu oynayacağına əsas verir.

Leave a Reply