2023-cü il dövlət büdcəsi ilkin göstəriciləri açıqlanıb

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 yanvar tarixli 82s nömrəli Sərəncamına uyğun olaraq 2023-cü il dövlət büdcəsinin və icmal büdcənin layihəsi, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri və büdcə zərfinə aid digər sənədlər Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə “2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.

Mütərəqqi beynəlxalq praktika nəzərə alınmaqla hazırlanan sənəd növbəti il və ortamüddətli dövr üzrə makroiqtisadi hədəf və proqnozları, büdcə siyasətinin əsas istiqamət və hədəflərini, prioritet xərc istiqamətlərini, büdcə qaydasına əsaslanan yeni makro-fiskal çərçivəyə uyğun olaraq icmal və dövlət büdcələrinin layihələrini əhatə edir. 

2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama

2023-cü il və növbəti üç il üzrə dövlət və icmal büdcələrin xərc proqnozları

2023-cü il dövlət büdcəsi xərclərinin funksional və iqtisadi təsnifat üzrə bölgüsü

2023-cü ilin dövlət büdcəsinin vergi və qeyri-vergi gəlirlərinin proqnoz göstəriciləri

2020-2023-cü illər üzrə dövlət borcu və şərti öhdəliklərlə bağlı göstəricilər

Leave a Reply