“Üç min illik arzular” – Cin alim qadının üç arzusunu yerinə yetirəcəkmi? – FOTO/VİDEO

Azərbaycanın premium kinoteatrında “Üç min illik arzular” romantik nağıl filminin premyeradan öncə nümayişi keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “CinemaPlus” kinoteatrında baş tutan premyeradan öncə nümayiş tədbirində sehrli ab-hava var idi. Dekorasiyalar belə bir təəssürat yaradırdı ki, şərq nağılına qədəm qoyursan.

Dekorasiya ilə yanaşı qonaqlara iki hissəli şou da təqdim olunub. Sehrbaz Anar Əliyevin sehrli dərsləri və cazibədar “Renka Black Angel”in rəqsi tamaşaçıları heyran edirdi. Həmçinin tədbirdə Nəzrin Nəsirova qonaqlar üçün xına rəsmləri çəkirdi.

Dünya premyerası 20 may 2022-ci ildə Kann Film Festivalında olan filmin rejissoru Corc Millerdir. Baş rollarda İdris Elba və Tilda Suinton çəkiliblər.

Film əsas süjet xətti İstanbula səyahət edən tənha qadın alimin, azadlığı müqabilində ona üç arzu haqqı təklif edən сini kəşf etməyi və bunan sonra baş verənlərin üzərində qurulub. Cini azad etmək müqabilində onun tək istədiyi sevgidir, amma Cin onu ona verə bilərmi və bunu etməlidirmi? Bununla belə, o, cinlərlə bağlı hekayələrin adətən necə bitdiyini bilir və buna görə də qadın alimin üç arzusunu yerinə yetirməyə tələsmir.

Bu inanılmaz tanışlıq onların hər ikisinə dünyanı tamamilə yeni bir şəkildə görməyə imkan verəcək və hər ikisinə arzu edə bildiklərindən daha çox imkanlar yaradacaq.

Leave a Reply