Sosial şəbəkələrdə Mərkəzi Bank adından saxta məlumatlar yayılıb

Sosial şəbəkələrdə ödəniş kartlarının bloklanması və bununla bağlı kart sahibləri tərəfindən “Whatsapp” platforması üzərindən Mərkəzi Banka müraciətin edilməsi zərurəti ilə bağlı saxta məlumatlar yayılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Mərkəzi Bankı yayılan məlumatlar həqiqəti əks etdirmədiyini bəyan edib.

“Vətəndaşlarımızı bu kimi məsələlərdə ehtiyatlı olmağa, şəxsi və ödəniş kartı haqda məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməyə və lazımi məlumatları yalnız Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi və ya rəsmi sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq”, – deyə AMB mətbuat xidmətinin məlumatında qeyd edilib.

Leave a Reply