Azərbaycan filmi “BiennaleCinema 2022” kinofestivalında nümayiş olunub – VİDEO

79-cu Venesiya kinofestivalı “BiennaleCinema 2022” çərçivəsində Azərbaycanın təqdim etdiyi “Banu” filminin premyerası baş tutub.

TIME bildirir ki, filmin rejissoru və baş rol ifaçısı Tahmina Rafaella şəxsi instaqram hesabında festivaldan video və foto görüntülər paylaşıb.

Azərbaycan, İtaliya, Fransa və İranın birgə istehsalı olan “Banu” filmində hadisələr 44 günlük Vətən müharibəsi zamanı baş verir.

Filmin çəkilişlərində T. Rafaella ilə yanaşı Əməkdar artist Mələk Abbaszadə, Zaur Şəfiyev, Kəbirə Həşimli, Cəfər Həsən və Emin Əskərov iştirak ediblər.

Leave a Reply