“Ah Be Birader” türk komediyası artıq Azərbaycan kinoteatrlarındadır – VİDEO

“CinemaPlus” kinoteatrlar şəbəkəsində sentyabrın 9-dan etibarən “Ah Be Birader” türk komediyasının nümayişi başlayır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 120 dəqiqə davam edir və 12+ yaş həddi üçün nəzərdə tutulmuş filmin rejissoru Ahmet Kapucudur.

Baş rollarda Ufuk Özkan, Anıl İlter və Serkan Kuru çəkiliblər. Film, yolları kəsişən iki əks obraz olan Orxan və Əlinin hekayəsindən bəhs edir.

Orxan çox iddialı və qorxmaz, insanlarla sələmçiliklə məşğul olan insandır. Əli çox utancaq insandır və evlənmək istədiyi qadına üzük alarkən oğurluğun ortasına düşür. Başına hər cür bəla gələndə sələmçi qardaşına sığınır.

Leave a Reply