Əfqanıstanda məscid partladılıb, 18 nəfər ölüb

Əfqanıstanın qərbindəki Herat əyalətində məscidlərin birində partlayış törədilib.

TIME bildirir ki, hadisə nəticəsində azı 18 nəfər həyatını itirib.

Daha 21 nəfərin xəsarət aldığı deyilir. Qeyd olunur ki, partlayış məscidin çıxışında cümə namazından sonra baş verib.

Hadisə ilə məsuliyyəti üzərinə götürən hələlik olmayıb

Leave a Reply