Etiket arxivi: #qəza

Avtomobil qəzaları nəticəsində 500 yaxın insan zərər çəkib

2023-cü ilin yanvar-mart aylarında 370 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10,3 faiz azalaraq 499 nəfər olub.

Oxumağa davam et Avtomobil qəzaları nəticəsində 500 yaxın insan zərər çəkib

Bugünki sual: Heç avtomobil qəzasına düşmüsünüz?

Have you ever been in an automobile accident?

Don’t rush to die

Bu sualın ictimaiyyətdə niyə maraq doğura biləcəyini anlamıram, məncə bu şəxsi məlumatdır… Amma sualın cavabı fövgəladə məxfilik tələb etmədiyinə görə cavab verə bilərəm – xoşbəxtlikdən bugünədək avtomobil qəzasına düşməmişəm.

Oxumağa davam et Bugünki sual: Heç avtomobil qəzasına düşmüsünüz?

Yasamalda su kəmərində qəza baş verib

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları vasitəsilə ərazidən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilir.

Su borusunun partlaması nəticəsində ərazidən keçən avtobusların hərəkətində gecikmələr yaşanıb.

Ərazidən keçən 211, 77, 194 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Hazırda qeyd olunan marşrtlar üzrə avtobuslar alternativ küçələr ilə hərəkət etməkdədirlər.

Şabranda baş vermiş qəzada xəsarət alan 14 nəfərdən ikisinin vəziyyəti ağırdır

Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 14 nəfərdən 12 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki tibb müəssisələrində davam etdirilir.

Oxumağa davam et Şabranda baş vermiş qəzada xəsarət alan 14 nəfərdən ikisinin vəziyyəti ağırdır

Magistral su kəmərində qəza yeri yaşayış evinin altına təsadüf edib – FOTO

Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci mədən 30-cu korpus ərazisindən keçən 160 mm diametrli, təzyiqli  magistral su kəmərində qəza baş verib. Su sızması  magistral su kəmərinin mühafizə zolağında  qeyri-qanuni inşa edilmiş 170 nömrəli fərdi yaşayış evinin altında yaranıb. Qəza nəticəsində ərazidə olan bir neçə fərdi yaşayış evinin zirzəmisi və həyətləri də su altında qalıb.

Oxumağa davam et Magistral su kəmərində qəza yeri yaşayış evinin altına təsadüf edib – FOTO

İstirahətdən gaydan məktəblilərin avtobusu qəzaya uğrayıb

İyunun 12-də Qəbələdən Bakıya hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Oxumağa davam et İstirahətdən gaydan məktəblilərin avtobusu qəzaya uğrayıb

Sərxoş sürücülər 1 nəfərin ölümünə, 4 nəfərin yaralanmasına səbəb olub

2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti ilə nəticələnən 3 hadisə baş verib.

Oxumağa davam et Sərxoş sürücülər 1 nəfərin ölümünə, 4 nəfərin yaralanmasına səbəb olub

Xüsusi komissiya qəzalı binaların siyahısını hazırlayır

Bakı şəhərində qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq komissiya yaradılıb.

Oxumağa davam et Xüsusi komissiya qəzalı binaların siyahısını hazırlayır

BNA avtomobil qəzalarının sayının 40% azalmasına nail olub

Bakı Nəqliyyat Agentliyi paytaxtda yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması ilə bağlı 2021-ci ildə bır sıra vacib layihələrin icrasını təmin edib. Cari ildə 161 küçə və prospektdə yol şəraitinin yaxşılaşdırılması ilə bağlı işlər görülüb.

Oxumağa davam et BNA avtomobil qəzalarının sayının 40% azalmasına nail olub

DSX rəisi qəzada həlak olmuş hərbi qulluqçularin məzarlarını ziyarət edib

2 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər vəzifəli şəxsləri Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəti­cəsində həlak olmuş hərbi qulluqçular polkovnik Füzuli Cavadovun və kapitan Xəyyam Əliyevin məzarlarını ziyarət etmiş, onların əziz xatirələrini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoymuşlar.

Oxumağa davam et DSX rəisi qəzada həlak olmuş hərbi qulluqçularin məzarlarını ziyarət edib

Kamran Əliyev: Helikopterin qəzaya uğramasından siyasi məqsədlə sui-istifadə etməyə cəhd göstərilir

Baş Prokuror Kamran Əliyev bəzi şəxslərin helikopterin qəzaya uğraması hadisəsindən siyasi məqsədlər üçün sui-istifadə etməyə cəhd göstərdiyini bildirib.

Oxumağa davam et Kamran Əliyev: Helikopterin qəzaya uğramasından siyasi məqsədlə sui-istifadə etməyə cəhd göstərilir

Azərbaycan Prezidenti qəzada həlak olanların ailələrinə baş sağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə baş sağlığı veriblər.

Oxumağa davam et Azərbaycan Prezidenti qəzada həlak olanların ailələrinə baş sağlığı verib

Aeroport şosesində baş vermiş qəzada 4 nəfər ölüb 25 nəfər xəsarət alıb

Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı yük avtomobili ilə “Daewoo” markalı sərnişin avtobusu vurub. Qəza nəticəsində 4 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

Oxumağa davam et Aeroport şosesində baş vermiş qəzada 4 nəfər ölüb 25 nəfər xəsarət alıb

Magistral su kəmərində qəza nəticəsində Kürdəmir susuz qaldı

Külüllü-Kürdəmir magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Kürdəmir şəhərinə, eləcə də kəmərin marşrutu boyu yerləşən kəndlərə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Oxumağa davam et Magistral su kəmərində qəza nəticəsində Kürdəmir susuz qaldı

Heydər Əliyev prospektində avtomobil aşaraq nəqliyyatın hərəkətini iflic edib- FOTO

Heydər Əliyev prospektində baş verən ağır yol nəqliyyat hadisəsi səbəbindən hazırda Heydər Əliyev prospekti “Koroğlu” m/st-sı istiqamətində əsas yolda hərəkət məhdudlaşdırılıb.

Oxumağa davam et Heydər Əliyev prospektində avtomobil aşaraq nəqliyyatın hərəkətini iflic edib- FOTO