Avtomobil qəzaları nəticəsində 500 yaxın insan zərər çəkib

2023-cü ilin yanvar-mart aylarında 370 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10,3 faiz azalaraq 499 nəfər olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, onlardan 173-ü həlak olmuş, 326-sı isə yaralanıb. Hadisələrin 46,8 faizi gündüz, 31,9 faizi gecə, 21,3 faizi isə toran vaxtı baş verib, 26,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 2,3 faiz artaraq 132 nəfər, yaralananların sayı isə 5,7 faiz azalaraq 316 nəfər olub.

Göstəricinin adı2023-cü ilin yanvar-mart aylarında2022-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə
   
Bütün yol-nəqliyyat hadisələri – cəmi37091,8
Məkanına görə:  
           magistral avtomobil yollarında3960,9
           yaşayış məntəqələrində33197,6
İşıqlılıq vəziyyətinə görə:  
           gündüz vaxtı17387,8
           toran vaxtı79121,5
           gecə vaxtı11883,7
Yol örtüyünün vəziyyətinə görə:  
          quru yol örtüyü34595,0
          digər (yaş, buz və s.)2562,5
Zərərçəkənlərin sayı, nəfər49989,7
           həlak olanlar17394,5
           yaralananlar32687,4

Bütün yol-nəqliyyat hadisələrinin 38,4 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,4 faizi bir neçə nəqliyyat vasitəsinin, 23,2 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 74,0 faizini, yaralananların isə 71,8 faizini kişilər təşkil edir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 13 hadisə baş vermiş, nəticədə 3 nəfər həlak olmuş, 16 nəfər yaralanmışdır. Hadisələrin 11-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

Leave a Reply