Etiket arxivi: #Ət

Ətin qiymətinin bahalaşmasi nə ilə bağlıdır?

İsmayıllıda və Şamaxıda ət satışı ilə məşğul olan satıcılar ətin qiymətində 2 manat artım müşahidə edildiyini deyiblər.

TIME Trend-ə istinadən bildirir ki, ət satıcılarının sözlərinə görə, bir həftədir ki, bazarda quzu ətinin qiyməti 14 manatdan 15 manata, mal ətinin qiyməti isə 11 manatdan 13 manata qalxıb.

“Budəfəki qiymət artımı mövsümü deyil. Əsas səbəb diri çəkidə alınan mal-qaranın baha olmasıdır”, – deyə satıcılar qeyd edib.

Bənzər mənzərə Ağsu və Göyçayda da müşahidə olunur. Satıcılar ətin bahalaşmasını ot və yemlə əlaqələndirsələr də, bəziləri hazırda ətlik mal-qaranın azlığını səbəb göstərir.

Satıcıların sözlərinə görə, qiymət artımı tələbatın azalmasına səbəb olub.

Ətin maya dəyərini azaldacaq qərar gəbul edilib

“Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda dəyişikliklər edilib.

Oxumağa davam et Ətin maya dəyərini azaldacaq qərar gəbul edilib