Rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına hansı hallarda yol verilməyəcək?

Vergi ödəyicilərinin təsərrüfat əməliyyatlarını sənədləşdirməyə təşviq edilməsi, uçot intizamının yaradılması məqsədilə sənədsiz xərclərin gəlirdən çıxılmasının məhdudlaşdırılması istiqamətində Vergi Məcəlləsinə dəyişikliklər edilib. Belə ki, qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Oxumağa davam et Rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına hansı hallarda yol verilməyəcək?

Niyə kişilər xora xəstəliyinə daha çox tutulurlar?

Xora xəstəliyi mədənin və ya onikibarmaq bağırsağın selikli qişasında xora qüsurunun əmələ gəlməsi ilə xarakterizə olunur. 1829-cu ildə fransız həkimi J. Kryuvel xora xəstəliyini müstəqil nozoloji forma kimi ayırmışdı. Bu xəstəliyə kişilər qadınlara nisbətən 3—10 dəfə çox tutulur. 

Oxumağa davam et Niyə kişilər xora xəstəliyinə daha çox tutulurlar?

Elektron pulqabılarda üztanıma məcburi olacaq

Mayın 9-dan etibarən FİN kod ilə qeydiyyatdan keçməyənlər üçün elektron pulqabıdan istifadə məhdudlaşdırılacaq.

Müştərilərin eyniləşdirilməsi və verifikasiyası prosedurları çərçivəsində göstərilən tarixədək hər bir istifadəçi şəkli və FİN kodu ilə qeydiyyatdan keçməlidir.

Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, bütün maliyyə tətbiqləri kimi, m10 elektron pulqabılarında da şəxsi FİN kod ilə qeydiyyatdan keçmək məcburidir.

Ödəniş xidməti tərəfindən ödəniş əməliyyatlarının aparılması zamanı ödəyicinin və vəsait alanın, habelə benefisiar mülkiyyətçilərin müştəri uyğunluğu tədbirləri və bununla bağlı digər məsələlər Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməklə həyata keçirilir.

Yeni qaydalara əsasən, qeydiyyat çox asandır. İstifadəçilər şəxsi məlumatlarına FİN kod əlavə edərək üztanıma həyata keçirəcəklər. Geniş məlumat istifadəçi nömrələrinə göndəriləcək.