Kiberdələduzların “Clickjacking” fəndindən necə qorunmaq olar?

“Clickjacking” kiberdələduzlar tərəfindən istifadəçiləri fərqli veb-saytlara yönləndirmək və fərdi məlumatlarını ələ keçirmək üçün istifadə olunan kiberhücum növüdür.

Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata əsasən “Clickjacking”dən aşağıda göstərilən yollarla qorunmaq olar:

1) Şübhəli veb-saytlara keçid etməyin.

2) “Pop-up” pəncərələrə qarşı ehtiyatlı olun.

3) Brauzerinizin təhlükəsizlik funksiyalarını aktivləşdirin.

4) Veb-brauzerinizi və əməliyyat sisteminizi daim yeniləyin.

Leave a Reply