Ehtiyat çantası nədir və onun içində nə olmalıdır?

Hazırlıq çantası (ehtiyat çantası) – fövqəladə hadisələr zamanı istifadə edilməsi üçün hazırlanan və içərisində zəruri ehtiyac vasitələri olan ehtiyat çantasıdır.

Ehtiyat çantası hər zaman hazır vəziyyətdə əl altında olmalıdır və aşağıda göstərilən tələblərə cavab verməlidir:

Çantanın həcmi təxminən 30 litr, parçası – möhkəm, işıqqaytaran zolaqlı, sukeçirməyən və yüngül, qayışları isə boyunuza uyğun, daşımaya rahat olmalıdır.

Hazırlıq çantasında nə olmalıdır:   

  • quru qida məhsulları və su (minimum 3 günlük qidalanma üçün yüngül, yer az tutan məhsullar);
  • tibbi yardım qutusu;
  • pul və sənədlər;
  • zəruri geyim əşyaları;
  • çoxfunksiyali bıçaq;
  • kibrit və ya alışqan;
  • şam;
  • iynə və sap;
  • birdəfəlik istifadə üçun qab-qacaq;
  • fit (yardım çağırmaq üçün);
  • gigiyena vasitələri (nəm və quru salfet, sabun və s.);
  • kiçik bloknot və karandaş;
  • kompas;
  • fənər və batareyalar;
  • telefon və qida bloku;
  • mümkündürsə, yataq torbası.

Yadda saxlayın ki, hazırlıq çantası yaşadığınız yerə və fərdi xüsusiyyətlərə uyğun olmalı və xarab ola bilən ərzaq və ləvazimatlar mütəmadi yenilənməlidir.

Leave a Reply