Pensiya və müavinətlər nə vaxt ödəniləcək?

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) avqust ayında pensiya və digər sosial ödənişlərin köçürüləcəyi vaxtı açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, DSMF tərəfindən Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə əmək pensiyalarının ödənilməsi 8 avqust, bölgələr üzrə əmək pensiyalarının ödənilməsi isə 15 avqust tarixində nəzərdə tutulub.

Sosial müavinətlərin 25 avqust tarixində ödənilməsi nəzərdə tutulub.

Leave a Reply