Bakıda 13 yaşlı uşağı atası yaşında kişi ilə nişanlayıblar


Bakının Sabunçu rayonunda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanmasıyla bağlı xəbərlər yayılıb.

TIME Trend-ə istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib ki, məsələ ilə bağlı araşdırma aparılır.

“Araşdırmanın nəticəsindən aslı olaraq təfərrüattlar məlum olacaq”, – deyə o qeyd edib.

Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu isə Trend-ə bildirib ki, hadisə barədə məlumatlıdırlar.

“Baş verən hadisə araşdırılır. Məsələ müvafiq qurumlarla birgə nəzarətdə saxlanılır”, – deyə o qeyd edib.

Leave a Reply