5G texnologiyası sıfır istixana qazı emissiyasını təmin edəcək

Operatorlar tərəfindən 5G texnologiyasının tətbiqi yaşıl sənayenin inkişafına töhvə verəcək.

TIME bildirir ki, bunu Huawei şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə prezidenti An Jin deyib.

“5G texnologiyasının tətbiqi üç ildə 4G-nin beş ildə nail olduğuna Nail olmağa imkan verdi. Dünyanın 20 əsas 5G operatoru ev təsərrüfatlarının qəlirlərinin 10% artımına imkan yaradıb və xidmət tariflərinin azalmasına imkan verib, çünki onların xərclərini 80% azaldıb. Çində 5G 1 mlrd insanı əhatə edib və biznesin inkişafında 5 dəfə daha tez uğur əldə etməyə imkan verib. Bu gün 4G texnologiyasına yönəldilən sərmayələr, demək olar ki, 5G texnologiyasına yönəldilir, çünki bu texnologiya ev təsərüfatlarının yüksəksurətli internetlə təmin edir. Bundan başqa, texnologiya operatorların yaşıl inkişafıni təmin etməyə və karbon qazı tullantılarının azalmasına müsbət təsir edəcək”.

Qeyd edək ki, 5G-nin ən “çirkli” dörd sektorda – elektrik enerjisi, nəqliyyat, istehsal və tikintidə aktiv tətbiqi ilə Avropa regionunda CO2 emissiyalarının miqdarı 55-170 milyon ton azalacaq. Bu, 35 milyon avtomobilin yollardan çıxarılmasına bərabərdir.

Ekspertlərin verdikləri proqnozlara əsasən, 2030-cu ilə qədər 5G-yə keçid Aİ ölkələrində karbon qazı emissiyalarını ildə təxminən 550 milyon ton azaltmağa kömək edəcək. Birbaşa şəbəkəyə qoşulma qabiliyyəti daha yaşıl, aşağı karbonlu gələcəyə keçidi təmin edəcək və 2050-ci ilə qədər sıfır istixana qazı emissiyasına nail olmağa təsir göstərəcək.

Leave a Reply