Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarında dəyişiklik edildi

Azərbaycan Respublikası Nazirlər Kabineti “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dəyişikliklərə əsasən malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi ərizəsinə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilən malların prosedur sahibinin mülkiyyətinə keçməsini nəzərdə tutan alqı-satqı müqaviləsi və yaxud xidmət göstərilməsi məqsədilə xarici mallar daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirildikdə, xarici malların emal edilməsinə dair bağlanılmış müqavilə və ya malın keyfiyyəti üçün qarantiya öhdəlikləri göstərilmiş mallar ixrac edilərkən bağlanılmış alqı-satqı müqaviləsi əlavə olunmalıdır.

Yenilənmiş qaydalara əsasən sənədlərin notariat qaydasında təsdiqlənməsi tələbi ləğv edilir.

Leave a Reply