Alqı-satqısı əməliyyatlarının uçotunu aparması qaydalarında dəyişiklik edilib

Azərbaycan Respublikasının Nazirlər Kabineti “İcazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlanması, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslərin öz əməliyyatlarının uçotunu aparması Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qərara əsasən icazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlanması, istehsal emalı, alqı-satqısı ilə məşğul olan şəxslərin öz əməliyyatlarının uçotunu artıq yazılı ilə yanaşı elektron formada da apara bilər.

Leave a Reply