Türkiyədə zəlzələdən zərərçəkmişlərin sayı 40 min nəfəri ötdü

Türkiyədə baş vermiş zəlzələlər nəticəsində 5 894 insan vəfat edib, 34 810 nəfər yaralanıb.

TIME Anadolu Agentliyinə istinadən bildirir ki, Türkiyənin vitse-prezidenti Fuat Oktay, fəlakət bölgəsinə logistik dəstək vermək üçün bağlı bir yolun qalmadığını qeyd edib.

Zəlzələ bölgəsində aparılan işlərdə 60 min 217 xilasedici iştirak edir. Dağıntılar altından 8 mindən çox insan sağ çıxarılıb.

Leave a Reply