Sabaha anomal soyuq hava proqnozlaşdırılıb

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecəyə doğru bəzi yerlərdə havanın yağıntılı olacağı, yağıntıların sulu qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, havanın temperaturunun anomal gedişi gözlənilir, gecə və səhər 4°-dək isti, axşam isə 0°-dək soyuq olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Yağıntıların əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.

Yollar buz bağlayacaq.

Leave a Reply