Daha 16 ticarət və iaşə müəsissəsində nöqsanlar aşkar edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 42 ticarət müəssisəsi və 4 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 16 müəssisədə nöqsanlar müəyyən olunub. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 8, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 6, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 3, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 5 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyektiÜnvanAşkar olunan nöqsanlar
Ticarət obyektləri
1“Balıq Evi” topdan satış mağazasıNəsimi rayonu, M.Qaşqay küç., ev 861.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2“Ruslan-93” marketNizami rayonu, Q.Qarayev pr., ev 7ABaytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3“Zeytun” aptekNəsimi rayonu, 3-cü mkr,
ev 21
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
4“Jalə” topdan satış mağazasıBinəqədi rayonu, Ə.Naxçıvani küç., 3106-cı məhəllə1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
5“Home Food” mağazasıNərimanov rayonu, İ.Dadaşov küç., ev 57XQida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
6“Karvan” marketSumqayıt şəhəri, 32-ci məhəlləAzərbaycan dilində markalanması olmayan məhsulların satışı
7“Xaçmaz Store”Xaçmaz rayonu, Armudpadar kəndiAzərbaycan dilində markalanması olmayan məhsulların satışı
8“Əfqan”marketXaçmaz rayonu, Armudpadar kəndiAzərbaycan dilində markalanması olmayan məhsulların satışı
9“Naringi” marketCəlilabad şəhəri, Cavadxan küçəsi1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
10“Ayxan” marketBərdə rayonu, Zümürxan kəndiBaytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
11“Nur” marketBərdə şəhəri, H.Əliyev prospekti1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
12“VO” marketBərdə şəhəri, Sənaye küçəsiBaytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
13“Zeytun” aptekBərdə şəhəri, Ü.Hacıbəyov küçəsi1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
14“Dokta” aptekBərdə şəhəri, Ü.Hacıbəyov küçəsiObliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
15“Gülnar” marketZaqatala şəhəri, H.Əliyev prospekti 7Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
İctimai iaşə müəssisələri
16“Bayraktar” restoranıNərimanov rayonu, A.Neymətulla küç., ev 62AObliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

Leave a Reply