Təbii qaz istehlakının 48% Bakı, Abşeron və Xızının payına düşür

Bu ilin əvvəlindən əhali tərəfindən 2404,0 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox təbii qaz istehlak edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, təbii qaz istehlakının 38 faizi Bakı şəhərinin,  3,2 faizi Naxçıvan Muxtar Respublikasının, 10,9 faizi Abşeron-Xızı, 6,2 faizi Gəncə-Daşkəsən, 6 faizi Lənkəran-Astara, 5,7 faizi Mərkəzi Aran,  5,7 faizi Qazax-Tovuz, 5 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,5 faizi Qarabağ, 3,8 faizi Mil-Muğan, 3,7 faizi  Şirvan-Salyan, 2,4 faizi isə Dağlıq Şirvan  iqtisadi rayonlarının payına düşüb.

Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2022-ci ilin yanvar-iyun  aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 20406,3 milyon kub metr təşkil edib. Ehtiyatların 86,3 faizi hasilatın, 13,7 faizi qalığın hesabına formalaşıb. Təbii qazın 31,8 faizi istehlak, 55,6 faizi ixrac olunub, 2,0 faizi itkiyə gedib, 10,6 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

Ölkə daxilində istehlak edilən təbii qazın 62,9 faizi istehsal ehtiyaclarına sərf edilib, 37,1 faizi isə əhaliyə satılıb.

2022-ci ilin yanvar-iyun aylarında 11350,3 milyon kub metr və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,2 faiz çox təbii qaz ixrac edilib.

Leave a Reply