Firəngiz Rəhimbəyova dünyasını dəyişib

“Bəxt üzüyü” filmində yadda qalan və sevilən “Sevda” obrazını yaratmış məşhur müğənni və aktrisa Firəngiz Rəhimbəyova dünyasını dəyişib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bir neçə gün öncə 62 yaşını qeyd etmiş Firəngiz xanım, uzun müddət idi ki ABŞ-ın Los-Anceles şəhərində yaşayırdı.

“Bəxt üzüyü” filmi ilə yanaşı, sevimli müğənni rejissor Eldar Quliyevin “Gümüşgöl əfsanəsi” filmində də çəkilmişdir. Firəngiz xanımın xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin…

Leave a Reply