DİM TKT imtahanlarına qeydiyyat elan edib

Dövlət İmtahan Mərkəzi (DİM) Teaching Knowledge Test (TKT) imtahanlarına qeydiyyat elan edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Cambridge Assessment English” beynəlxalq qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan DİM ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:

• TKT Modul 1
• TKT Modul 2
• TKT Modul 3
• TKT Module YL (azyaşlı öyrənənlər)
• TKT Module CLIL (dilin məzmunla inteqrativ tədrisi) 

İmtahan 29 oktyabr  2022-ci il tarixində keçiriləcək. Son qeydiyyat tarixi 15 sentyabr 2022-ci ildir.

Xatırladaq ki, DİM “Cambridge Assessment English” rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Cambridge İngilis dili üzrə Qiymətləndirmə), Cambridge English Teaching (Cambridge İngilis dili üzrə Tədris) və LinguaSkill imtahanlarını təklif edir.

 “Cambridge” imtahanlarına qeydiyyat və ətraflı məlumatı keçiddən əldə etmək mümkündür. Əlavə məlumat üçün international@dim.gov.az  elektron poçtu ünvanına da yaza bilərsiniz.

Leave a Reply