Mağazalarda saxta pulla alış-veriş edən cinayətkar dəstə saxlanılıb – VİDEO

Sabunçu rayonuda saxta pul hazırlayaraq dövriyyəyə buraxan, eləcə də 40-a yaxın evdən silsilə oğurluqlar edən 3 dəstənin 8 nəfərdən ibarət üzvü saxlanılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Sabunçu Rayon Polis İdarəsinin və 15-ci Polis Bölməsinin keçirdiyi əməliyyat nəticəsində saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Zabrat qəsəbəsində yerləşən marketlərdən birindən alış-veriş edən qadının satıcıya saxta əskinaslar verdiyi haqda məlumat daxil olub. Araşdırma nəticəsində həmən qadının Rəna Süleymanova olduğu məlum olub. Sonrakı araşdırmalar zamanı məlub olub ki, saxta pulların buraxılması ilə məşğul olan dəstənin başçısı İsmayıl Quliyev, onun tanışları Valeh Novruzov və Elnarə İsayeva tutularaq polis bplməsinə gətiriliblər.

İsmayıl Quliyevin Nizami rayonunda yerləşən mənzilində 247 ədəd saxta əskinas aşkar edilib. Saxlanılan şəxslər saxta pulların İsmayıl Quliyev tərəfindən hazırlandığını biliriblər. Valeh Novruzov isə Rəna Süleymanova və Elnarə İsayevanı icarəyə götürdüyü avtomobillə müxtəlif alış-veriş yerlərinə apararaq saxta pulların dövriyyəyə buraxılmasını təmin edib.

Leave a Reply