Bakının mərkəzində növbəti yanğın baş verib

Bakıda “Yüngül cinayətlər” restoranında yanğın baş verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Yüngül cinayətlər” restoranda yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Leave a Reply