XI Dünya Oyunlarında yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və məşqçiləri mükafatlandırıldı

Azərbaycan Respublikası Prezidenti İham Əliyev Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Sərərncama əsasən Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılır:

  • birinci yeri tutmuş idmançı – 20000 manat, onun şəxsi məşqçisi – 10000 manat, həmin idman növü üzrə baş məşqçi – 10000 manat;
  • üçüncü yeri tutmuş komanda – 20000 manat, komandanın hər bir məşqçisi – 5000 manat.

Azərbaycan Respublikasının Nazirlər Kabineti nə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Leave a Reply