Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə vəfat edib

Fizika-riyaziyyat elmləri namizədi, Bakı Dövlət Universitetinin dosenti Ramin Əli Nazim oğlu Mahmudzadə bu gün 86 yaşında vəfat edib. Onun simasında Azərbaycan ictimaiyyəti əvəzedilməz itki verdi.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 31 avqust 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəb Ukrainada bitirmişdir. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub.

1958-ci ildə Leninqrad Dövlət Universitetində təhsilini davam etdirib, 1961-ci ildə oranı bitirib. 1961-ci ildən 1968-ci ilədək Azərbaycan Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsində asisent işləyib. 1968-1973-cü illərdə Azərbaycan EA Nəzəri Kimya Problemləri İnstitutunda şöbə müdiri olub. 1973-cü ildə Bakı Dövlət Universitetinə qayıtmış, tətbiqi-riyaziyyat və kibernetika fakültəsində dərs deyib. Əvvəlcə baş müəllim, namizədlik dissertasiyasını müdafiə etdikdən sonra dosent, kafedra müdiri vəzifəsində işləyib.

Fasiləsiz olaraq böyük pedaqoji və ictimai fəaliyyətdə olub. 1970-ci illərin əvvəllərində respublikada ilk dəfə ilk olaraq 164 sonra 134 saylı orta məktəblərdə proqramçı siniflərinin banisi olub.

1989-cu ildə Respublikada məktəblərdə kompüterlərin tətbiqi ilə bağlı Ümumittifaq Pilot Layihəsinin başçısı olub. Respublika üzrə məktəblərarası informatika olimpiadalarının demək olar ki, hamısında jüri sədri olub.

1989-cu ildən respublikanın informatika üzrə Ümumittifaq olimpiada komandasının rəhbəri, 1994-cü ildən Beynəlxalq olimpiada komandasının rəhbəridir. Ölkədə və dünyanın bir sıra ölkələrində olan bir çox İT şirkətlərdə, banklarda, Tətbiqi riyaziyyat və İqtisadi Kibernetika ixtisası üzrə təhsil almış, Ramin Mahmudzadə məktəbini keçmiş kadrlar işləyirlər.

1999-cu ildən Təhsil Nazirliyinin “İnformasiya Texnologiyaları Təhsildə” Metodiki Şurasının sədridir. 80-dən artıq elmi və pedaqoji əməyi çapdan çıxıb. 2005-ci ildə AR Prezidenti tərəfindən Şöhrət Ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin

Leave a Reply