61 bağça müdiri işində nöqsanların aşkar edildiyinə görə vəzifəsindən azad edilib

Elm və Təhsil Nazirliyi bağçalarda apardığı monitorinqlər nəticəsində bir çox nöqsanlar aşkar edib.

Monitorinqlər zamanı 61 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub. 

Bununla yanaşı, 29 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri barəsində müvafiq intizam tənbeh tədbirləri görülüb.  

Eyni zamanda 1 məktəbəqədər təhsil müəssisəsində aparılan yoxlama zamanı toplanmış sənədlər hüquq mühafizə orqanlarına göndərilib.

Leave a Reply