Rusiya və Qazaxstan hərbi gəmiləri Bakıya gəlib

Rusiya və Qazaxstan hərbi gəmiləri “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Bakıya gəlib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Dəniz kuboku” müsabiqəsi Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək.

Müsabiqədə Rusiya Hərbi Dəniz Donanmasının (HDD) və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri və şəxsi heyəti iştirak edəcək.

Leave a Reply