Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib

Yaxın vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Bərdə və Quba rayonlarında da Peşə Hazırlığı Mərkəzləri
istifadəyə veriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, həmin Mərkəzlərdə peşə tədrisinin əmək bazarına uyğun qurulması üçün Agentlik tərəfindən ekspres əmək bazarı araşdırması aparılıb.

Araşdırma zamanı 40 mikro, 130 kiçik, 70 orta və 7 iri işəgötürən arasında sorğu keçirilib. Nəticə olaraq Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə prioritet peşə və ixtisaslara olan təlabat müəyyən edilib.

Yeni Peşə Hazırlığı Mərkəzlərində tədrisi təşkil olunacaq 30 ixtisas müəyyən olunub.
Onların sırasına daxildir:

  1. Qarabağ iqtisadi rayonu üzrə – toxumçuluq, şitilçilik və tingçilik, kənd
    təsərrüfatı məhsullarının saxlanması və anbarlanması üzrə logistika,
    kompyuter təmiri və xidməti mütəxəssisləri, baytar köməkçisi, qaz
    avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, kombi ustası, təmirçi-
    çilingər, mebel ustası, avtomobil diaqnostikası və təmiri ustası, təchizat
    üzrə agent, ərzaq və qeyri-ərzaq mallarının satıçısı, nəzarətçi-xəzinədar,
    qəssab, elektrik və avtoarabacıqların sürücüsü, yanacaqdoldurma
    stansiyalarının operatoru;
  2. Quba-Xaçmaz iqtisadi rayonu üzrə – elektron ticarətçi, bərbər, vizajist, manikurçu, lazer ustası, ikinci dairə üzrə elektrik quraşdırıcısı, kompyuter, şəbəkə inzibatçısı, barmen, barista, aşbaz, çağrı mərkəzi üzrə operator, xərrat-dülgər və parket ustası, CNC operatoru (taxta işləri üzrə), kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər və dağ-xizək turizmi üzrə bələdçi.


Növbəti mərhələdə qeyd edilən peşə və ixtisaslar üzrə tədris proqramlarının və bu
proqramların əsasında təlim-tədris materiallarının hazırlanması nəzərdə tutulub.

Leave a Reply