Rövşən Nəcəf Dövlət Neft Şirkətinin prezidenti təyin edildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rövşən Çingiz oğlu Nəcəfin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin edilməsi haqqında sərəncam imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Dövlət başçısının imzaladığı digər sərəncama əsasən Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilib.

Leave a Reply