DİM II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini elan edib

İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri ilə tanış ola bilərlər

Oxumağa davam et DİM II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini elan edib

Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Oxumağa davam et Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası təsdiqlənib

Elektron qeydiyyat ərizələrinin 83 faizi “Asan imza” ilə təqdim olunub

2022-ci ilin iyul ayının 1-nə respublika üzrə uçotda olan 1.363.776 vergi ödəyicisinin 87,6 faizi fiziki şəxslər, 12,4 faizi isə hüquqi şəxslər və digər təşkilatlardır. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,1 faiz (ümumi artımın 85,3 faizi), hüquqi şəxslərin sayı 8,6 faiz (ümumi artımın 14,7 faizi) artıb.

Oxumağa davam et Elektron qeydiyyat ərizələrinin 83 faizi “Asan imza” ilə təqdim olunub

Afaq Əliyeva: Risk qrupuna aid olan vətəndaşlar gigiyenik qaydalara ciddi şəkildə əməl etməlidirlər

Səhiyyə Nazirliyi dünyada və ölkımizdə epidemioloji durumun dəyişməsi ilə bağlı koronavirusdan və digər viruslardan gorunmaq üçün tövsiyyələrini bəyan edib.

Oxumağa davam et Afaq Əliyeva: Risk qrupuna aid olan vətəndaşlar gigiyenik qaydalara ciddi şəkildə əməl etməlidirlər

Baş Prokurorluq cinayət işləri üzrə 430 qərarı əsassız və qanunsuz hesab edərək ləğv edib

İyulun 22-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində 2022-ci ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib.

Oxumağa davam et Baş Prokurorluq cinayət işləri üzrə 430 qərarı əsassız və qanunsuz hesab edərək ləğv edib

Ziyalılar, xeyirxah insanlar ölsə də onların sözü və əməyi tarixə yazılır

22 iyul – Azərbaycanda Milli mətbuat və Jurnalistika günü kimi qeyd edilir. Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu.

Oxumağa davam et Ziyalılar, xeyirxah insanlar ölsə də onların sözü və əməyi tarixə yazılır

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edib

Lider operator jurnalistlərə peşə bayramları münasibətilə 5GB internet paketi hədiyyə verib.

Oxumağa davam et Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edib

Nazir Sahil Babayev: “Şəhid ailələri və qazilərlə bağlı sosial dəstək tədbirləri dahada genişlənəcək”

Prezident İlham Əliyevin tapşırığına əsasən, Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları ilə bağlı görülən sosial dəstək tədbirləri qarşıdakı dövrdə daha da genişlənəcək.

Oxumağa davam et Nazir Sahil Babayev: “Şəhid ailələri və qazilərlə bağlı sosial dəstək tədbirləri dahada genişlənəcək”

Prezident İlham Əliyev media nümayəndələrini təbrik edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ölkəmizin media nümayəndələrini peşə bayramı münasibəti ilə təbrik edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, mediaya təbrik müraciətində aşağıdakılar qeyd edilib:

“Hörmətli media nümayəndələri!

Əziz jurnalistlər!

Sizi Azərbaycan milli mətbuatının yaranmasının ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır.

Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir. XlX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü olmuş, insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr vermişdir.

XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanda xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş demokratik islahatlar bütün sahələrdə olduğu kimi, milli informasiya resurslarının inkişafında da əsaslı dönüş yaratmışdır. Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur.

Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.

Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamışdır. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər.

Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.

Əminəm ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək.

Bir daha peşə bayramınız münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və işlərinizdə uğurlar arzulayıram.”

Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə növbəyə yazılma prosesinə start verilir

İyulun 22-də saat 11:00-dan etibarən Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab) valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesinə start verilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 18 iyul saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə start verilib. Proses 14 sentyabr tarixinədək davam edəcək. Uşaqların qəbulu məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi (www.bq.edu.az) vasitəsilə həyata keçirilir.

Valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesi mərhələli şəkildə həyata keçirilir. Belə ki, iyulun 26-dan Bakı şəhəri, avqustun 2-dən isə ölkə üzrə bütün valideynlər uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər.

Valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində boş yerlər olduğu halda sorğuya çevriləcək. Valideyn (qanuni nümayəndə) sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Məlumat üçün bildirək ki, elektron qəbul sistemi 15-21 sentyabr 2022-ci il tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək

Qarabağda yüksək texnoloji müəssisələr yaradılacaq

İqtisadiyyat naziri Mikayıl Cabbarov Koreyanın “Tennor Holdinq” şirkətlər qrupunun təsisçisi və icraçı direktoru Lars Vindorstun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun iştirak etdiyi görüşdə işğaldan azad edilmiş ərazilərimizdə yüksək texnologiyalara əsaslanan müəssisələrin yaradılması, layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.