Dövlət büdcəsinin icrası haqqında Qanun təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Sənədə əsasən, Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası gəlirlər 26 396 285,0 min manat, xərclər 27 422 420,2 min manat məbləğində olmaqla təsdiq edilib.

PDF yükləyin

***

Dövlət baçısı, həmçinin, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2022-ci il 28 iyun tarixli 559-VIQ nömrəli
Qanununun tətbiqi barədə Fərman imzalayıb.

Fərmanla “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin
icrası haqqında” Azərbaycan Respublikasının 2022-ci il 28 iyun tarixli 559-VIQ nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək
məqsədilə qərara alınır:

– “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında”
Azərbaycan Respublikasının 2022-ci il 28 iyun tarixli 559-VIQ nömrəli Qanununun 2-ci
maddəsinin 2.2-ci bəndi ilə funksional təsnifatın bölmə və köməkçi bölmələri
səviyyəsində istifadə olunan vəsaitin inzibati təsnifata uyğun olaraq dövlət
büdcəsindən maliyyələşən, maliyyə yardımı alan təşkilatlar və tədbirlər üzrə icrasının
məbləği aşağıdakı qaydada təsdiq edilsin:

PDF yükləyin

Leave a Reply