Suğra Bağırzadənin “Gülün gücü” adlı fərdi sərgisi keçiriləcək

“Gülün gücü” adlı fərdi sərgi 18 may Beynəlxalq Muzeylər Günü münasibətilə təşkil olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sərgi İçərişəhər” Muzey Mərkəzi tərəfindən “Muzeylərin gücü” devizi altında “Şirvanşahlar Sarayı Kompleksi”ndə keçiriləcək.

Suğra Bağırzadə 2004-cü ildən 27 ölkənin daxil olduğu Ümumdünya Floristlər Şurasının üzvüdür. Həmin şurada o, nəinki Azərbaycanın, həmçinin türkdilli ölkələrin ilk və yeganə təmsilçisidir. 200-dən artıq əsəri var. Şura tərəfindən “Floristika industriyasında yeni professional istiqamət” sertifikatı ilə mükafatlandırılmışdır.

Suğra Bağırzadə bu günə qədər Latviya, Rusiya, Fransa, Malayziya, Yeni Zelandiya, Böyük Britaniya, Xorvatiya, Yaponiya, Çin kimi ölkələrdə Azərbaycanı təmsil edib. Şirvanşahlar dövlətinin əbədiləşdirilməsi məqsədilə inşa olunub orta əsr Şərq memarlığının nadir incisi sayılan Şirvanşahlar Sarayı Kompleksi kimi Suğra Bağırzadənin əsərlərində istifadə etdiyi güllər də əbədilik qazanıb.

Sərgi 18 may 2022-ci il, saat 17:00-da “Şirvanşahlar Sarayı Kompleksi”ndə açılacaq və 25 maya qədər davam edəcək.

Qeyd edək ki, hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Günü, Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Hər il müxtəlif deviz altında baş tutan Beynəlxalq Muzeylər Günü bu il “Muzeylərin gücü” (Muzeylər ətrafımızdakı dünyanı dəyişmək gücünə malikdir) devizi altında keçiriləcək.

Beynəlxalq Muzeylər Günü qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş qeyd edilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma