“Doctor Strange in the Multiverse of Madness” filminin nümayişi niyə təxirə salınıb?


“Doctor Strange in the Multiverse of Madness” filminin bu gün gözlənilən nümayişi mayın 7-də keçirilib, bu Marvel fanatlarının narazılıqlarına səbəb olub.

TIME bildirir ki, kinosevərlər dünya səviyyəli kino istehsalçılarının Moskva ofislərinin bağlanması fonunda yerli kinoteatrlarda filmlərin gecikmə ilə nümayiş olunmasından narazıdırlar və filmlərin ingilis dilində təqdim edilməsini tələb edirlər.

“CinemaPlus”-un mətbuat xidmətinin rəhbəri Nərminə Həsənovanın TIME-a verdiyi açıqlamada bildirib ki, gecikmənin səbəbi “Disney” şirkətinin MDB ölkələrində rəsmi distribütor olan studiyasını dəyişmək qərarı ilə bağlıdır: “Təəssüf ki, bu qərar “Doctor Strange in the Multiverse of Madness” filminin nümayişinə bir neçə gün qalmış qəbul olunub. Hazırda CinemaPlus yeni distribütordan kontent gözləyir. Hazırda Moskva ofisinin bağlanması ilə bağlı reqional ofisin hansı ölkədə fəaliyyət göstərməsi məsələsi müzakirə olunur. Bu ofis Qazaxstanda və ya Türkiyədə fəaliyyət göstərə bilər”, – deyə o qeyd edib.

N.Həsənova onu da qeyd edib ki, filmlərin hansı xarici dildə Azərbaycan kinoteatrlarında nümayiş edilməsindən asılı olmayaraq, qanunvericiliyə uyğun olaraq onlar Azərbaycan dilində altyazı ilə təmin ediləcəklər.

Leave a Reply